- 28 mart, 15:17
- 789 dəfə oxunub
- 0
Təhlükəsizlik orqanları əzəmətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlir
"Bilesuvarinfo" xəbər verir ki, keçirilən tədbir iştirakçıları öncə Ulu Öndərin adını daşıyan parka gələrək, abidəsini ziyarət etdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarını, yerli şöbənin kollektivini 28 mart - Peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Başcı bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti orqanları yarandığı ilk gündən əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə daim sadiq qalaraq, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində ən yaxın silahdaşı olmuşdur. Təhlükəsizlik orqanları üzərlərinə düşən əzəmətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
mənbə: http://bilesuvar-ih.gov.az/news/1144.html