Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu il Biləsuvarda vətəndaşlardan 111 ədəd odlu silah götürülüb


Bu il Biləsuvarda vətəndaşlardan 111 ədəd odlu silah götürülüb

22 dekabr 2023, Cümə
370
0
Bu il Biləsuvarda vətəndaşlardan 111 ədəd odlu silah götürülüb.

Bu barədə "Bilesuvarinfo"nun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaşlara qanunsuz saxlanılan odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil vermələri barədə çağırışlar edilir:

"Bu proses Biləsuvar rayonunda da uğurla davam etdirilir. Biləsuvar rayonunda son iki ay ərzində 47 ədəd ov tüfəngi və 2 ədəd avtomat aşkarlanaraq götürülüb. Ümumilikdə cari ilin əvvəlindən Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1 ədəd tapança, 3 ədəd avtomat və 107 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb".

Regional qrupdan, həmçinin qeyd edilib ki, vətəndaşlar bu məsələyə daim diqqətlə və həssallıqla yanaşmalıdırlar.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan