» » YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə növbəti görüşünü keçirdi


YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə növbəti görüşünü keçirdi




Noyabr ayının 6-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayonun Əliabad kəndində partiya fəalları və sakinlər ilə görüş keçirmişdir. 

Milli Qəhrəman Mübariz İbrahimovun Ev muzeyində baş tutan görüşdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı hal-hazırda ölkəmizdə və dünyada baş verən hadisə və proseslər barədə ətraflı məlumat verdi. Azərbaycan xalqının və dövlətinin əldə etdiyi nailiyyətlər, Respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin  diplomatik səyləri və yüksək idarəçilik qabiliyətinin sayəsində hər günün bir möhtəşəm tarixə çevrildiyini qeyd etdi. 

Çıxışında təşkilat sədri rayonda mövcud ictimai-siyasi vəziyyət və vətəndaş olaraq hər bir kəsin qarşısında duran vəzifələrdən söz açdı. Görüşdə çıxış edən Milli Qəhərəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, şəhid atası Rafət İsayev kənd ərazi partiya təşkilat sədri Telam Əliyev öz fikir və mülahizələrini, eləcədə təkliflərini səsləndirdilər.  Maraqlı diskussiya şəraitində keçən görüşün vaxtaşırı olaraq keçirilməsi təklifi iştirakçılar tərəfindən müsbət qarşılandı.

Biləsuvar rayonunda və Əliabad kəndində görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi də aparıldı. YAP Rayon təşkilatının sədri görüş iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə münasibətini ifadə etdi. 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR