» » YAP Biləsuvar rayon təşkilatında partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib


YAP Biləsuvar rayon təşkilatında partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının akt zalında partiya sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələrin təqdim olunması mərasimi təşkil olunub. 

"Bilesuvarinfo"
xəbər verir ki, tədbirdə Rayon təşkilatının sədri Kamil Qurbanlı, aidiyyatı ərazi partiya təşkilatlarının sədrləri və partiya sıralarına yeni qəbul edilmiş üzvlər iştirak edirdilər.

Tədbirin açılışında ilk öncə Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları partiyaya üzv olmaları münasibəti ilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz tarixi xidmətlərindən bəhs etdi. 2023-cü ilin məhz “Heydər Əliyev ili” olması və bu münasibətlə partiyanın rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən söz açan K.Qurbanlı partiya sıralarına daxil olmaqla yeni üzvlərin həm də cəmiyyətimiz və dövlətimiz qarşısında daha məsuliyyətli olmalarına səbəb olmalarını tövsiyə etdi. Partiyanın keçdiyi 30 illik tarixi yoldan, əldə olunmuş naliyyətlərdən, Partiya sədri, Respublikamızın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyətindən söz açaraq öz fəaliyyətlərini məhz bu nümunələr əsasında qurmalı olduqlarını yeni partiya üzvlərinin diqqətinə çatdırdı.

Yeni üzvlərə siyasi fəaliyyətilərində uğurlar arzuladıqdan sonra üzvlük vəsiqələrin təqdim olunma mərasimi keçirildi. 

Tədbirin yekununda iştirakçılarla xatirə şəkli çəkildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR