» » Polis işçilərinin peşə bayramı Biləsuvarda qeyd olundu- VİDEO


Polis işçilərinin peşə bayramı Biləsuvarda qeyd olundu- VİDEO

Bu gün Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibətilə ilə tədbir keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzüblər.

Bayram tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edərək bildirib ki, uzun, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisi, yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir: "Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərərək, işğal altındakı torpaqlarımızın azad edilməsində yaxından iştirak ediblər. Ümummilli lider Heydər Əliyev ideyalarına əbədi sadiqlik göstəricisi nümayiş etdirən Azərbaycan Polisi, bu gün də Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz xidmətini layiqincə yerinə yetirir. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı,onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir."

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov peşə bayramları münasibətilə polis işçilərini təbrik edərək, xoş sözlərini bildirdi.

Bayram tədbirində çıxış edən Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək, şəxsi heyəti bayram münasibətilə təbrik etdi.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildi və xatirə şəkli çəkildi.

Qeyd edək tədbir iştirakçlları bu gün Biləsuvar Rayon Polis şöbəsinin Bəydili kəndində yeni inşa olunmuş 4 saylı İnzibati Sahəsinin polis məntəqəsi üçün inşa edilmiş yeni binanın açılışını da edib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR