- 14 iyun, 19:32
- 527 dəfə oxunub
- 0
Biləsuvarda “Qurtuluşdan inkişafa” adlı tədbir keçirildi
"Bilesuvarinfo" xəbər verir ki,
"Qurtuluşdan inkişafa” adlanan ümumrayon tədbirində rayon rəhbərliyi, YAP Biləsuvar rayon Təşkilatının sədri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun da qatıldığı tədbir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə və Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgiyə baxışdan sonra başlayıb.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək 15 iyun - Milli Qurtuluş günü bayramı münasibətilə rayon əhalisini təbrik etdi.
F.Qürbətov çıxışında 1990-cı ilin əvvələrində müstəqillik əldə etmiş ölkəmizdə, bu dövlərdəki hakimiyyət böhranın yaratdığı xaos, hərc - mərclikdən ətraflı söz açmışdır: "Bir tərəfdən də Erməni təcavüzü gündən-günə güclənirdi. Ölkədə rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı qruplar arasında mübarizənin baş verdiyi bir məqamda 1992-ci ilin mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsi də ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.Heydər Əliyev qısa zaman kəsiyində ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planları artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və ədalət bərqərar oldu. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır."
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışıbda qeyd etdi ki, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.
Tale elə gətirdi ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyin qorunması və möhkəmləndirilməsi kimi müstəsna əhəmiyyət daşıyan missiya da hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə düşdü.
Bu gün Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamız sürətlə inkişaf edir və ardıcıl nailiyyətlər qazanılaraq yeni zirvələr fəth edir.Ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur.
Tədbirdə YAP Biləsuvar rayon Təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək bildirdi ki, İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Tədbirdə digər çıxışedənlər vurğulamışlar ki, Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Hər bir azərbaycanlı bu dövlətin qorunmasında, daha da inkişaf etdirilməsində, min illərlə müstəqil və güclü dövlət olaraq yaşamasında var qüvvəsi ilə çalışmalıdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən bəhs edən video - carx nümayiş olunub. Bədii hissəsində mədəniyyət işciləri tərəfindən hazırlanmış müsiqi proqramı təqdim olunub