» » Peşə bayramlarını qeyd etdilər


Peşə bayramlarını qeyd etdilər

23 iyun-Dövlət qulluqçularının peşə bayramı münasibətilə Biləsuvar rayon İcra Hakimiyyətində tədbir keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, tədbir ştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir: "Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir."

Faiq Qürbətov onu  bildirdi ki, ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Sonda Dövlət qulluqçularının peşə bayramı münasibətilə bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR