» » Biləsuvarda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu


Biləsuvarda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

Biləsuvarda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

"Biləsuvarinfo"
xəbər verir ki, 23 iyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə Biləsuvar rayon İcra Hakimiyyətində tədbir keçirildi.
İştirakçılar öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə gül dəstələri düzdülər.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. 
Faiq Qürbətov bildirdi ki, ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilməsi qərara alınıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bir daha dövlət qulluqçularını təbrik etdi və onlara çətin və şərəfli peşələrində uğurlar arzuladı.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əskərabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Lətif Abbasovun “Azərbaycan Respublikası Prezidentinin” Dövlət qulluqçularının təltif edilməsi haqqında 22 iyun 2022-ci il tarixli sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunması hər bir Biləsuvarlı dövlət qulluqçusunun əməyinə verilən yüksək qiymət olaraq qarşılandı və L.Abbasova xidməti fəaliyyətində uğurlar arzulandı.

Sonda Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı aparatında və digər strukturlarda çalışan bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR