- 2 noyabr, 21:51
- 442 dəfə oxunub
- 0
YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi
“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və ərazi partiya təşkilat sədrləri iştirak edib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad edib.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı cari ilin ötən dövrü ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. O, çıxışında ölkəmizin içtimai-siyasi həyatında baş verən hadisə və proseslərdən, partiyanın ötən dövr ərzində qazandığı uğurları diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin və xalqımızın milli və siyasi maraqları naminə həyata keçirdiyi tədbirlər, beynəlxalq arenada əldə etdiyi uğurlarla bağlı ətraflı bəhs etdi.
Tədbir iştirakçıları görüşün mövzusu -qarşıdan gələn 8 noyabr - “Zəfər Günü”, 9 noyabr - “Bayraq Günü” və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubleyi ilə bağlı görüləcək işlərin müzakirəsin apardı. Qarşıda duran məsələlərə münasibət bildirdi.
Tədbirin sonunda K.Qurbanlı ərazi partiya təşkilatlarının fəaliyyətini təhlil edərkən mövcud nöqsan və çatımamazlıqlar barədə danışdı, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verdi.
Yığıncağda xatirə şəkli çəkildi.