Küçə və prospektlər yağan güclü qardan təmizlənir

Dünən axşam saatlarından başlayaraq yenidən yağan güclü qar rayonda fəsadlar yaratmasa da nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün müvafiq təşkilatların maşın-mexanizmləri və işçi qüvvələri küçələrdə, parklarda, yollarda təmizlik işlərinə cəlb edilib.
"Biləsuvar şəhərində və kəndlərdə yollar texnikalar vasitəsilə qardan təmizlənib, bəzi yollara qum səpilib. Hazırda yollarda bütün istiqamətlərdə avtomobillər hərəkət edir.
Ötən gecə və bu gün səhər saatlarında bəzi ərazilərə verilən elektrik verilişində yaranmış qəzalar aradan qaldırılmış, su, qaz və rabitə sahələrində heç bir problem yaşanmamışdır.
Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının və “DOST” İş mərkəzinin sosial işçiləri səhərdən başlayaraq yenidən əhalinin rahat gediş-gəlişi üçün küçələri, piyada səkilərini, parkları, yol kənarlarını, ictimai nəqliyyatın daha sıx hərəkət etdiyi əraziləri, dayanacaqları, səhiyyə və təhsil müəssisələrinin girişlərini və digər əraziləri qardan təmizləyirlər.
Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq ərazilərə baxış keçirilir, qarın yenidən güclənəcəyi zaman təmizlənməsinə zəruri ehtiyac yaranacaq ərazilərdə tədbirlərin görülməsi nəzarətdə saxlanılır".

Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.