Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda abadlıq və təmizlik işləri davam edir


Biləsuvarda abadlıq və təmizlik işləri davam edir

18 aprel 2022, Bazar ertəsi
727
0

Biləsuvarda abadlıq və təmizlik işləri davam edir.

"Biləsuvarinfo"
rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının və "DOST İş Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən şəhərin ayrı-ayrı küçələrində gündəlik aparılan abadlıq və təmizlik işləri ilə yanaşı bu gündən başlayaraq piyada səkilərinin ətrafına yığılan torpaq hissələri də yuyularaq təmizlənir. 

İdarənin kollektivi tərəfindən şəhər ərazisində təmizlik işləri ilə yanaşı mütəmadi olaraq  ağacların budanması işləri aparılır, yeni salınmış parklarda əkilən  ağaclar suvarılır və tullantılar daşınır. Həyata keçirilən təmizlik işlərinə xeyli canlı qüvvə və texnikalar cəlb olunur.

Qeyd edək ki, görülən işlər şəhərimizin daha təmiz və abad olması, habelə sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir. Sakinlər və şəhərimizin qonaqlarından görülən işləri dəstəkləyərək, təmizliyə riayət etmələri və yaşıllıqları qorumaları xahiş olunur.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan