» » Yeni fiber – optik xətt istismara verilir


Yeni fiber – optik xətt istismara verilir

Biləsuvar şəhərində rabitə xəttlərinin GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tikintisi və quraşdırılma davam etdirilir.

“Bilesuvarinfo” xəbər verir ki, bu il yeni layihə üzrə işlər Biləsuvar şəhərində üç istiqamətdə (“RMSSTECH”, “AKTIV” və “MTS Energinering” şirkətləri tərəfindən) davam etdirilib. Layihə üzrə şəhərin küçələrində ümumi uzunluği  35 km  məsafədə fiber - optik   çəkilib.
 
“MTS Energinering”in iş icraçısı Zehin Əhmədov görülən işlərdən danışarkən bildirdi ki, tərəfimizdən küçələrdə 13 km məsafədə kabel xətti çəkilib, paylayıcı qurğular qoyulub. Hazırda 200 abonentin yeni fiber – optik xəttə qoşulması tərəfimizdən təmin olunub. İlin sonuna kimi, çalışacağıq ki, ərazidə olan 1000-ə yaxın abonent tam olaraq yeni çəkilən sistemin imkanlarından faydalansın.
 
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davamlı nəzərdə tutulub. Sonrakı mərhələdə isə layihənin davamı olaraq Xırmandalı, Əliabad, Bağbanlar, Zəhmətabad, Əsgərabad və Aşağı Cürəli kəndlərində işlər davam etdiləcək.
 
Biləsuvarda 25 kənd üzrə 18 EATS  və rayon mərkəzində 1 ədəd EATS mövcuddur. Filial ərazisində mərkəz də daxil olmaqla ümumilikdə 6578 telefon, 5549 internet abunəçisi var. Uzun müddətdir istifadə olunan paylayıcı şəbəkə (rabitə xətləri, avadanlıqlar və s.) kifayət qədər köhnəlmiş və müasir tələblərə cavab vermir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR