- 18 avqust, 20:14
- 4 849 dəfə oxunub
- 0
Biləsuvar rabitəsi ən müasir tələblərə cavab verəcək
Ölkəmizdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdə yeni layihələr uğurla icra olunur.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayonunda rabitənin yüksək standartlara uyğunlaşdırmaq üçün mühüm işlərin görülür. Vətəndaşların rabitə xidmətlərinə olan tələbatını nəzərə alaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Biləsuvar şəhərində mövcud xətt şəbəkəsinin GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tikinti quraşdırma işlərinə başlanılıb. .
Bu il ərzində Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərin yekunlaşdırlması nəzərdə tutulub. Sonrakı mərhələdə isə layihənin davamı olaraq Xırmandalı, Əliabad, Bağbanlar, Zəhmətabad, Əsgərabad və Aşağı Cürəli kəndlərində işlər davam etdiləcək. Bu işlər bitdikdən sonra abunəçilər keyfiyyətli rabitə və internet xidmətləri ilə yanaşı, yeni xidmətlərlə də təmin olunacaqlar.
Biləsuvar şəhərində üç istiqamətdə - “RMSSTECH”, “AKTIV”, və “MTS Energinering” şirkətləri tərəfində tikinti işləri surətlə davam etdirilir. Layihə üzrə, Biləsuvar şəhəri küçələrində ümumi uzunluği 35 km məsafədə fiber - optik çəkilməsi artıq yekunalaşdırılıb. Xəttlərin çəkilişin metal borulardan isitifadə olunur, layihə ürə nəzərdə tutulan yerlərdə xəttlər yeraltı aparılır. İşlər yeni salınmış yaşayış massivlərini və artan küçələrin sayını nəzərə alaraq, xidməti ərazidə bütün ev təsərrüfatlarının tam əhatə olunması, mövcud fiziki kabellərlə işləyən abunəçilərin yeni şəbəkə olan GPON şəbəkəsinə köçürülməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə rayonda layihə üzrə xətt şəbəkəsinin qurulması işləri davam etdirilir.
“MTS Energinering”in iş icracısı Zehin Əhmədov görülən işlərdən danışarkən bildirdi ki, artıq tərəfimizdən 13 kim məsafədə kabel xətti çəkilib. Küçələrdə paylayıcı qurğular qoyulur, işlərimiz tamamlanmaq üzrədir. Çalışırıq ki, yaxın vaxtlarda ərzimizdə sakinlərin yeni çəkilən sistemin imkanlarından faydalansın.
Qeyd edək ki, “Aztelekom” MMC-nin Biləsuvar filialının ərazisində 25 kənd üzrə 18 EATS və rayon mərkəzində 1 ədəd EATS mövcuddur. Filial ərazisində mərkəz də daxil olmaqla ümumilikdə 6578 telefon, 5549 internet abunəçisi var. Uzun müddətdir istifadə olunan paylayıcı şəbəkə (rabitə xətləri, avadanlıqlar və s.) kifayət qədər köhnəlmiş və müasir tələblərə cavab vermir. Hazırkı xətlər köhnəlmiş mis kabellərdir ki, bu da istər sabit rabitə xidmətlərinin verilməsində, istərsə də yüksəksürətli internet xidmətlərinin verilməsində ciddi problemlərə səbəb olur.
Hazırda “Aztelekom” tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq - Biləsuvar Telekomnukasiya Qovşağından bildirlmişdir.