
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar şəhərində asfalt -beton örtüyündə deformasiya və dağılmalar olan küçə yollarının təmirinə başlanılıb. Belə ki, ilkin mərhələdə şəhərin Mübariz İbrahimov, Həzi Aslanov, Səməd Vurğun, 28 may, Süleyman Rəhimov, Bakı, Azadlıq və Baloğlan Abbasov küçələrində tam və müəyyən məsafələrində yollara yeni asfalt örtüyü qoyulacaq. Aparılan asfaltlama işləri çərçivəsində küçələrdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənəcək. Fikrət Əmirov, Şəhriyar Mirişli küçələrində ilk dəfə afalt ötüyü qoyulacaq. Həmçinin Babək və C.Cabbarlı kücələrini birləşdirən ara yol əsaslı tikilərək şəhəri ikiyə ayıran “Bolqarcay”ı üzərindən keçən alternativ yoldan istifadə tam asanlaşacaq.
Ümumilikdə 6 km artıq məsafədə yolların əsaslı tikintisi aparılaq, asfalt-beton örtüyü qoyulacaq. Bunun üçün komisiya tərəfindən təmir və tikitisi daha vacib yollar müəyyənləşdirilib. Növbəti ildə bu işlər Biləsuvar şəhərində daha çox məsafədə aparılacaq. Nəzərə alsaq ki, yeni yaşayış massivləri də daxil olmaqla bütün küçələr çınqıl - qum örüyü ilə təmin olunub, artıq məqsədimiz bütün küçələrdə yolların asfalt örtüyü ilə təmin olunmasıdır – deyə Biləsuvar Rayon İcra Hakimiyyətindən vurğulanmışdır.

Qeyd edək ki, Biləsuvar şəhərində kanalizasiya çəkilişi işləri zamanı podratçı təşkilat tərəfindən qazıntı işləri aparılan küçələdə yolların bərpasını keyfiyyətsiz görməsi, həmin yolların qısa zamanda dağılmasına gətirib.
