Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
Belə ki, ümumi sahəsi 256 kvadratmetr olan ikimərtəbəli mağazanın 1-ci mərtəbəsində yanğın baş verib.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq, yanğın söndürülüb.
Yanğın nəticəsində 5 kvadratmetr ərazidə məişət əşyaları və yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
Faktla bağlı araşdırma aparılır.