Fəxri xiyabanda dəfn edilən şəhid Nicat Qarazadə ziyarət olunub
Sentyabrın 12-13 tarixlərində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Nicat Qarazadənin məzarı ziyarət olunub. "Bilesuvarinfo" xəbər verir ki, əslən Biləsuvar rayonunun İsmətli kəndindən olan şəhid Nicat Malik oğlu Qarazadə ll Fəxri xiyabanda dəfn olunub. Bu gün Abşeron rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyev və aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 2 saylı ərazi təşkilatının sədri Mirhənifə Mirsultanov və Nicat Qarazadənin ailə üzvləri ll Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ziyarətə gələnlər şəhidin Abşeron rayon Ceyranbatan qəsəbəsindəki evində, şəhidin yas mərasimində də iştirak edib. Mərasimdə şəhidin döyüş yoldaşları şəhid Nicat Qarazadə keçdiyi şərəfli döyüş yolundan söhbət açıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Müzakirə edin
Həmçinin oxuyun:
18 iyul 2022, Bazar ertəsi
“Vətən sevgisinin bənzərsiz tərcümanları olan şəhidlər, hər birimizin qüruru, vüqarı və fəxridir ”
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan