Sentyabrın 12-13 tarixlərində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Nicat Qarazadənin məzarı ziyarət olunub.
Ziyarətə gələnlər şəhidin Abşeron rayon Ceyranbatan qəsəbəsindəki evində, şəhidin yas mərasimində də iştirak edib. Mərasimdə şəhidin döyüş yoldaşları şəhid Nicat Qarazadə keçdiyi şərəfli döyüş yolundan söhbət açıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
