Bəhruz Məhərrəmov şəhid ailələri ilə danışıb » Yerli İnformasiya Agentliyi
» » Bəhruz Məhərrəmov şəhid ailələri ilə danışıb

Bəhruz Məhərrəmov şəhid ailələri ilə danışıb

Birinci Qarabağ müharibəsi şəhidləri - Nurəddin Mirzəyevin doğum günü və Cavid Haxverdiyevlə, Kamaləddin Ağayevin  anım günləri münasibətilə onların ailə üzvləri ilə əlaqə saxlayaraq başsağlığı diləklərimizi çatdırdıq

“Bilesuvarinfo” xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məlumat verərkən deyib: “Şəhidlərimizin ailə üzvləri ilə əlaqə saxlayaraq başsağlığı diləklərimizi çatdırıb, qayğıları ilə maraqlandıq. Bildirdik ki, canları bahasına Vətən  torpağına azadlıq gətirən şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq! 
Şəhid Cavid Haxverdiyevin atası Əlifağa əmi ömrünün ahıl çağını yaşayır. Ömrünü yaşadığı kənddə idarəetməyə həsr edən ağsaqqalımızın söhbəti bizə qürurlu anlar yaşatdı. O, Vətən müharibəsində Ordumuzun parlaq qələbəsinin, şəhidlərimizin qanınının yerdə qalmamasını gələcəyimizə baş uçalığı gətirdi - deyib.Tarixi Qələbəmizin əldə olunmasında xalqımızın birliyini fəxrlə xatırlayıb, Vətənimizin daha parlaq gələcəyi naminə hər kəsi öz xidmətilə Ali Baş Komandanın yanında daha da sıx birləşməyə çağırıb. 

Qeyd edim ki, Biləsuvarın Birinci Qarabağ müharibəsi qəhrəmanlarının vətənin çətin günlərində göstərdikləri şücayətlər böyüməkdə olan gənc nəsilə nümunə oldu. Onlardan, ölməz qəhrəmanlıqları ilə seçilən Mirzəyev Nurəddin Güloğlan oğlunun 1973 – ci ildə  İsmətli kəndində anadan olub, 22 mart 1994-cü ildə Ağdərə uğrunda şəhid olub. Rayonun Ağayrı kəndinin sakini olan Haxverdiyev Cavid Əlifağa oğlu (16 aprel 1975 – ci il) və Biləsuvar şəhərindən Ağayev Kamaləddin Əli oğlu (15 dekabr 1968 – ci il) ilə eyni tarixdə, 1992-ci ildə Laçın istiqamətində gedən qanlı döyüşlərdə şəhadətə ucalıb. 

Unutmadıq, unutmarıq! 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan