Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib - FOTO


Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib - FOTO

26 iyun 2022, Bazar günü
1 768
0
Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrində fəaliyyət göstərən, Vətən Müharibəsində iştirak edən müəllimlər ilə görüş keçirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Biləsuvarinfo"ya verilən məlumata görə, idarənin müdiri Sənan Mənsimli 44 günlük Vətən Müharibəsində iştirak edən müəllimləri təbrik edib.


Daha sonra Sənan Mənsimli müəllimlərlə birgə çay süfrə arxasında söhbət edib.

Görüşdə Biləsuvar ümumtəhsil müəssisələrində fəaliyyət göstərən, Vətən Müharibəsində iştirak edən müəllimlərdə iştirak edib. 

Bunlar - 

1. Əzizov Rafiq Qətil oğlu- R.Şirinov adına Təzəkənd tam orta məktəbin direktoru.

2. Yusubzadə Murad Vəli oğlu - X.Qafarov adına İsmətli kənd tam orta məktəbin Coğrafiya müəllimi.

3. Rzaquluzadə Azər Məzahir oğlu- Uşaq Gənclər İdman Şahmat məktəbinin şahmat müəllimi.

4. Mehtiyev Emin Əvəz oğlu -Bağbanlar kənd tam orta məktəbin hərbi müəllimidir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan