Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub


Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub

22 aprel 2025, Çərşənbə axşamı
1 882
0

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Hüseyn Hüseynov Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, H. Hüseynov 2009-cu ildə Lənkəran Dövlət Universitetində bakalavr, 2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurub.

2010–2019-cu illərdə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. 2019-2021-ci illərdə Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində, 2022-2023-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi kimi çalışıb.

Bu vəzifəyə qədər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində aparıcı məsləhətçi kimi fəaliyyət göstərib.

Evlidir, 2 övladı var.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan