Biləsuvarda təhsil işçiləri ilə görüş keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin rəhbərliyi ilə Biləsuvar rayon ümumi təhsil müəssisələrinin direktorları və ibtidai sinif müəllimləri ilə IV sinif monitorinq nəticələrinin müzakirəsinə dair görüş keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki, görüşün əsas məqsədi IV siniflərdə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə aparılmış monitorinqlərin nəticələrini təhlil etmək, tədrisin vəziyyətini qiymətləndirmək, baş verən irəliləmələr və geriləmələrin səbəblərini araşdırmaq olub. Eyni zamanda, növbəti tədris ilində tədrisin keyfiyyətini yüksəltmək və mövcud problemləri aradan qaldırmaq üçün planlaşdırılan tədbirlər müzakirə edilib.
İdarə müdiri müəllimlərə tədris prosesinin effektivliyini artırmaq məqsədilə konkret tapşırıq və tövsiyələr verib.
Müzakirə edin
Həmçinin oxuyun:

10 yanvar 2024, Çərşənbə
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun qalibləri - SİYAHI - YENİLƏNİB

23 avqust 2024, Cümə
Biləsuvarda pambıq yığımına hazırlıqla bağlı mövcud vəziyyətin monitorinqi aparılıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.