VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Bu barədə "Bilesuvarinfo"ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, qrant müsabiqəsi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə həyata keçirilir. Vurğulanıb ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidirlər.
Görüşün sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan idarə müdiri layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 17 layihə qalib olub.
Müzakirə edin
Həmçinin oxuyun:

03 aprel 2023, Bazar ertəsi
Sənan Mənsimli: "Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir"

07 sentyabr 2022, Çərşənbə
Ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.