» » Şirvan-Salyan Regional Təhsil İdarəsi məktəblərinin 12 məzunu qızıl və gümüş nişana layiq görülüb


Şirvan-Salyan Regional Təhsil İdarəsi məktəblərinin 12 məzunu qızıl və gümüş nişana layiq görülüb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 12 məzunu qızıl və gümüş nişana layiq görülüb.

"Bilesuvarinfo"
xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, Azərbaycan Respublikası Elm və təhsil naziri cənab Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 126 nəfər qızıl, 95 nəfər isə gümüş nişanla təltif olunub. 

Həmin şagirdlərdən qızıl və gümüş nişana layiq görülən 12 nəfər XI sinif məzunu Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin payına düşür. 

1. Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəb -Arifzadə Eldəniz Xəyal (Qızıl)
2. Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb -Əhmədova Aysu Əzizxan (Qızıl)
3. Neftçala rayonu Ərəbqardaşbəyli kənd tam orta məktəb -Süleymanzadə Əvəzaga Dəmir (Qızıl)
4. Neftçala rayonu 4 nömrəli tam orta məktəb İsayev Şövqi Əli(Qızıl)
5. Salyan rayon 7 saylı texniki fənlər təmayüllü məktəb lisey -Quliyev Fərid Zaur (Qızıl)
6. Salyan rayon 8 nömrəli tam orta məktəb -Ələkbərov Arifə Məmmədhüseyn (Qızıl)
7.Biləsuvar rayon Mübariz İbrahimov adına Bağça Məktəb Lisey Kompleksi - İbişova Zəhra İdris (Qızıl)
8.Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Şirvan şəhər Kimya biologiya təmayüllü lisey -Məmmədli Nailə Cabir (Gümüş)
9.Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb-Ağakişiyeva Aysu Hikmət (Gümüş)
10.Neftçala rayon 4 nömrəli tam orta məktəb İsgəndərli Elşən Qabil (Gümüş)
11.Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəb -Səfərov Elton Seyran (Gümüş)
12.Salyan rayon 2 nömrəli tam orta məktəb-Əsgərov Mirəsgər Sahil (Gümüş)

Qeyd edirik ki,2021/2022-ci tədris ilində 4 məzunumuz qızıl və gümüş nişanlarla təltif olunub.

Məzunlarımızı onların valideynlərini, müəllimlərini təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirik!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR