» » Təhsil Kompleksində şagirdlər yeni təlimlərə cəlb olunub


Təhsil Kompleksində şagirdlər yeni təlimlərə cəlb olunub

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində yeni təlimlərə start verilib. 

"Bilesuvarinfo" xəbər verir ki, təlimlər Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəz tərəfindən aparılır. Təlimlərlə bağlı seminar mərkəzin rəhbəri dos. N.Zeynalova və mütəxəssislər - S.İbrahimova, G.Seyidova, həmçinin Nitq İnkişafı Mərkəzinin rəhbəri E.Kazımova tərəfindən keçirilib. 

“İnklüziv və xüsusi təhsil”,  “Nitq problemləri və korreksiya yolları” adlı təlimlərdən ibarət seminarda Kompleksin İbtidai Təhsil bölməsinin pedoqoji heyəti, valideynlər və şagirdlər iştirak edib. 

Seminarda  Uşaq dəyərləndirməsi üzrə beynəlxalq sertifikatlı mütəxəssis S.İbrahimova uşaqların inkişaf dəyərləndirməsini, Nitq İnkişafı Mərkəzinin rəhbəri, loqoped E. Kazımova uşaqlar üçün loqopedik yoxlanışlar həyata keçirib. 

Qeyd edək ki, bu seminar təlim bir müddət əvvəl M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə Azərbaycan Dillər Universiteti arasında imzalanan memorandum çərçivəsində həyata keçirilir.
Ülvi Həzizadə
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR