» » Təhsil kompleksi yeni qonaqlarını qarşıladı


Təhsil kompleksi yeni qonaqlarını qarşıladı

Bu gün Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksi Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərlik etdiyi  heyəti qarşılayıb.

“Bilesuvrinfo” xəbər verir ki, işgüzar səfər, bu iki təhsil müəssisəsi arasında bir müddət öncə imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

Qonaqlar kompleksin şagirdləri tərəfindən hazırlanan maraqlı rəqs sintezi ilə qarşlandıqdan sonra, liseyin şagirdləri Zəhra İbişova və Əmirəli Eyvazlının ingiliscə təqdimatında STEAM mərkəzi ilə tanış olublar. Kompleksin hazırladığı “110 kitab” layihəsinin təqdimatından sonra, kompleksin icraçı direktoru Aqşin Bağırov çıxışında qonaqları salamlayıb, imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər barədə məlumat verib. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin baçşısı Faiq Qürbətov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və universitet müəllimləri tədbirdə çıxış edərək qarşılıqlı əlaqələr nəticəsində əldə olunacaq uğurlardan danışıblar. Təhsil, təlim-tədris sahələrində qabaqcıl təcrübə mübadiləsinin aparılması və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təhsil komleksi son vaxtlar ölkənin qabaqcıl ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq üçün əlaqələrin dərinləşməsində mühüm addımlar atıb. Bir necə gün öncə Bakı Ali Neft məktəbi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksi arasında da qarşılıqlı əlaqə haqqında memorandum imzalanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR