- 24 dekabr, 23:50
- 396 dəfə oxunub
- 0
Təhsil işçiləri ilə görüş oldu
“Bilesuvarinfo” xəbər verir ki, N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayonun rəsmiləri, Şirvan - Salyan Regional Təhsil İdarəsinin müdüri və təhsil işçiləri iştirak edib. Tədbirdən öncə şagirdlərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olub. Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov çıxış edərək təhsil işcilərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, qeyd edib ki, artıq üçüncü ildir ki, yeni il ərəfəsində Həmrəylik Günü xalqımız tərəfindən xüsusi xoş əhval - ruhiyyə və sevinclə qeyd olunur. Qalib xalqın nümayəndələri olaraq həmrəyliyimizin daimi olması dövlətçilyimizin möhkəmləndirilməsində əvəzsizdir. Hazırda dünyada cərayan edən siyasi proseslər və xüsusilə qonşu dövlətlərin Azərbaycana olan qərəzli münasibətinin davam etməsi, birliyimizin daha da sıx olmasını tələb edir.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik etdi, gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüş, həmçinin təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş müəllimlər və olimpiada yarışlarında uğur qazanmış şagirdlər Təşəkkürnamə ilə təltif olundu.
Tədbir şagirdlərin hazırladıqları maraqlı musiqili bədii proqramla davam etdirildi.