Biləsuvar rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə müəllimlərlə görüş olub.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov çıxış edərək təhsil işcilərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, qeyd edib ki, artıq üçüncü ildir ki, yeni il ərəfəsində Həmrəylik Günü xalqımız tərəfindən xüsusi xoş əhval - ruhiyyə və sevinclə qeyd olunur. Qalib xalqın nümayəndələri olaraq həmrəyliyimizin daimi olması dövlətçilyimizin möhkəmləndirilməsində əvəzsizdir. Hazırda dünyada cərayan edən siyasi proseslər və xüsusilə qonşu dövlətlərin Azərbaycana olan qərəzli münasibətinin davam etməsi, birliyimizin daha da sıx olmasını tələb edir.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik etdi, gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı.










