Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Texniki fənlər təmayüllü məktəb - liseydə aparılan təmir-tikinti işlərinin icra vəziyyətinə baxış keçirib.
Kəmaləddin Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-lisey 1964-cü ildən fəaliyyət göstərir. Məktəb-lisey internat profilli olmaqla 1964-cü ildən 1976-ci il tarixədək ümumi orta təhsil bazası əsasında, 1977-ci ildən 2009-cu ilədək tam orta təhsil bazası əsasında fəaliyyət göstərmişdir. 2009-cu il tarixdən isə məktəb profilini dəyişərək K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-lisey kimi fəaliyyətini davam etdirir.


