Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Məzunların 307 nəfəri tələbə adını qazanıb - RƏSMİ STATİSTİKA


Məzunların 307 nəfəri tələbə adını qazanıb - RƏSMİ STATİSTİKA

06 sentyabr 2022, Çərşənbə axşamı
556
0

Cari məzunların 307 nəfəri tələbə adını qazanıb.

"Bilesuvarinfo"
xəbər verir ki, bu barədə Biləsuvar rayon İcra Hakimiyyəti məlumat yayıb.

Belə ki, cari tədris ilində Biləsuvar rayonunda ümumtəhsil məktəblərindən məzun olan 835 nəfər şagirddən 450 nəfəri Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün müraciət edib, 307 nəfəri respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adını qazanıb.  Sevindirici haldır ki, məzunlardan 11 nəfəri 600-dən, 25 nəfəri isə 500-dən yüksək bal toplayaraq respublikanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunub.

2 nəfər məzun - K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin məzunu Rəhimli Aysel Sərvət qızı və Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbin məzunu Rəhmətov Qədir Fərəc oğlu 674 balla ən yüksək nəticəni göstərib.  

"Bilesuvarinfo" əlavə edir ki, bununlada qəbul olma faizi - 36, 8-dir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan