Cari məzunların 307 nəfəri tələbə adını qazanıb.
"Bilesuvarinfo" xəbər verir ki, bu barədə Biləsuvar rayon İcra Hakimiyyəti məlumat yayıb.
Belə ki, cari tədris ilində Biləsuvar rayonunda ümumtəhsil məktəblərindən məzun olan
835 nəfər şagirddən
450 nəfəri Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün müraciət edib,
307 nəfəri respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adını qazanıb. Sevindirici haldır ki, məzunlardan
11 nəfəri 600-dən, 25 nəfəri isə 500-dən yüksək bal toplayaraq respublikanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunub.
2 nəfər məzun - K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin məzunu
Rəhimli Aysel Sərvət qızı və Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbin məzunu
Rəhmətov Qədir Fərəc oğlu 674 balla ən yüksək nəticəni göstərib.
"Bilesuvarinfo" əlavə edir ki, bununlada qəbul olma faizi - 36, 8-dir.