» » 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatında tədbir keçirilmişdir


26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatında tədbir keçirilmişdir

      
YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri Kamil Qurbanlı, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
      
Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş videoçarxa baxılıb.
      
Tədbirdə giriş nitqi söyləyən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı  26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib. Silahlı Qüvvələrimizin yaranması və formalaşması tarixindən söz açan natiq, Ulu öndər Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələri üçün kadrların hazırlanması ilə əlaqədar hələ Sovet ittifaqı zamanı həyata keçirdiyi tədbirlərdən və gördüyü işlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu qeyd edib. Vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizlə, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Şəhidlərimizin və Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi daima əziz tutulacaqdır. Hələ bundan sonrada cənab prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız hələ çox qalibiyyətlərə imza atacaqdır.
       
Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuların sırasında qəhrəman biləsuvarlıların olduğunu, rayon ictimayyətinin hər zaman onlarla fəxr etdiyini diqqətə çatdırdı. 
        
Rayon İcra Hakimiyyətinin başçısı adından tədbir iştirakçılarını təbrik edən Ləman Yüzbaşova 106 illik müddətdə Azərbaycan Ordusunun keçdiyi şanlı zəfər yolu barədə danışdı. 44 günlük vətən müharibəsinin müasir müharibələr tarixində yenilik olduğunu və ayrı-ayrı dövlətlər tərəfindən bu müharibə taktikasının öyrənilməsində maraqlı olduqlarını qeyd etdi.
        
Tədbirdə çıxış edən iştirakçılar 26 iyun Silahlı qüvvələr gününün  ölkəmizin tarixi  üçün əhəmiyyəti barədə danışdılar.
         
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup üzvə partiya üzvlük vəsiqələri təqdim olundu.
         
Yekunda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR