YAP Biləsuvar rayon təşkilatı 1 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

İyun ayının 25- də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 1 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə 1 saylı şəhər ərazi təşkilatda "Yaşıl dünya naminə həmrəylik ili"- nə həsr olunmuş sərgiyə baxış keçrildi.Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağın gündəliyində duran iki məsələ - ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi müzakirəyə təqdim olunub.
Gündəlikdə duran I məsələ ilə əlaqədar 1 saylı şəhər ərazi partiya təşkilatının sədri Bəhruz Qafarov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Şirinli Sevinc Əliqulu qızı YAP Biləsuvar rayon təşkilatının 1 saylı şəhər ərazi partiya təşkilatının sədri, Şirəlizadə İsgəndər Zaur oğlu isə sədr müavini seçildilər.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. Natiq son dövrlər ölkəmizdə və regionumuzda baş verən hadisə və proseslərdən danışdı. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı. O, iclas iştirakçılarını partiyanın rayon təşkilatının fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvünə təşəkkürnamə təqdim olundu.













Müzakirə edin
Həmçinin oxuyun:

06 iyun 2024, Cümə axşamı
YAP Biləsuvar rayon təşkilatı Muğan kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

14 may 2024, Çərşənbə axşamı
YAP Biləsuvar rayon təşkilatı 13 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

29 aprel 2024, Bazar ertəsi
YAP Biləsuvar rayon təşkilatı Aşağı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

26 aprel 2024, Cümə
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

16 aprel 2024, Çərşənbə axşamı
YAP Biləsuvar rayon təşkilatı Təzəkənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.