İyun ayının 6-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Muğan kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
İclasda YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatı sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
Gündəlikdə duran I məsələ ilə əlaqədar Muğan kənd ərazi partiya təşkilatının sədri Cavid Rəhimov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Rəhimov Cavid Fəzail oğlu YAP Biləsuvar rayon təşkilatının Muğan kənd ərazi partiya təşkilatının sədri, Cəbrayılov Azər Sarıbala oğlu isə sədr müavini seçildilər.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. Aqşin Qasımov yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
Sonda YAP üzvlüyünə yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edildi. YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olundu.