YAP Biləsuvar rayon təşkilatı III rübün yekunlarına dair iclas keçirdi.
Oktyabr ayının 19-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində ərazi partiya təşkilat nümayəndələrinin iştirakı ilə cari ilin III rübünün yekunlarına dair iclas keçirdi. İclasda YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və ərazi partiya təşkilat sədrləri iştirak edirdi.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Partiya sədrinin prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması və Dövlət müstəqilliyinin bərpası günü münasibəti ilə iştirakçıları təbrik etdi. Gündəlikdə duran məsələlər barədə məlumat verən təşkilat sədri Partiyanın sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlardan söz açaraq, ölkəmizdə yürüdülən daxili və xarici siyasətin uğurları barədə ətraflı danışdı. Təkcə regionumzda deyil, bütün dünyada Cənab İlham Əliyevin böyük nüfuz sahib olduğunu vurğulayan natiq xalqımızın tarixi günlər yaşadığını bildirdi. Regionumuzda və dünyada cərəyan edən hadisə və proseslərdən danışaraq ölkə rəhbərinin bütün bu hadisə və proseslərin fonunda yeni-yeni uğurlara imza atmasını Cənab Prezidentin misilsiz uğurlarından olduğunu vurğuladı.
Ötən rüb ərzidnə rayon təşkilatının həyata keçirdiyi tədbirlər, ərazi partiya təşkilatları ilə görülmüş əlaqəli iş və bu sahədə əldə olunmuş uğurları qeyd etdi. Mövcud nöqsan və çatışmazlıqlardan söz açaraq iradlarını aidiyyatı ərazi partiya təşkilat sədrlərinə bildirdi.
İclas iştirakçılarının təklif və çıxışları dinlənilərək qarşıda duran vəzifələr və görülməli olan işlərlə bağlı tapşırıq və tövsüyələr verildi. İşgüzar və səmimi əhval ruhiyyədə keçən iclasın sonunda iştirakçılara gələcək siyasi fəaliyyətlərində uğur və nailiyyətlər arzulandı.