» » Biləsuvar DAİM-də Xocalı Soyqırımı qurbanları anıldı


Biləsuvar DAİM-də Xocalı Soyqırımı qurbanları anıldı


Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə mərkəzin əməkdaşları və kənd təsərrüfatı nazirliyinin yerli qurum əməkdaşları iştirak ediblər. Tədbirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


"BİLESUVARİNFO.AZ" xəbər verir ki, Biləsuvar DAİM-in direktoru, Nurəddin Quliyev bu qətliamın dünyada görünməmiş ən dəhşətli soyqırımı olduğunu, 33 il bundan öncə məhz bu günlərdə Xocalı sakinlərinin xüsusi amansızlıqla qətl edildiklərini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib. Xocalı faciəsini törədənlər türk düşmənçiliyi ilə böyüdülən ermənilərdir.

DAİM-in rəhbəri daha sonra bildirib ki, Xocalı soyqırımına dünya səviyyəsində hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Mərkəzin direktoru vurğulayıb ki, başımıza gətirilən belə faciələri unutmamalı, gənclərimizə daim soyqırımı həqiqətlərini aşılamalıyıq. Nurəddin Quliyev nəzərə çatdırıb ki, Xocalı şəhidlərinin ruhu şaddır, artıq tam olaraq suverenliyimizi bərpa etmişik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, qüdrətli və rəşadətli Ordumuzun şücaəti sayəsində torpaqlarımızı düşmən tapdağından azad etmişik.

Mərkəzin əməkdaşı, baş məsləhətçi, Nəriman Rufullayev “Xocalı soyqırımı – “Böyük Ermənistan” irqçiliyinin təzahürü kimi” mövzusunda çıxış edib qeyd etdi ki, Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. Xocalıya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının hücumu nəticəsində xüsusi qəddarlıqla qətlə yetirilən azərbaycanlılar arasında çox sayda yaşlı insan, qadın və uşaqlar olmuşlar. O, həmçinin mülki əhalinin itkin düşdüyünü, əsir götürüldüyünü, ailələrin xüsusi amansızlıqla məhv edildiyini nəzərə çatdırıb. Məruzəçi bildirib ki, Xocalı qətliamı Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi şəkillərdə həmçinin, xarici fotoqrafların lentə aldıqları rəsmlərdə də öz əksini tapıb, bütün dünyaya nümayiş olunub. Buna baxmayaraq, Xocalı soyqırımını hələ də tanımayan, ikili standartlarla yanaşan ölkələr var.

Nəriman Rufullayev vurğulayıb ki, Azərbaycanın 48 şəhər və rayonunda köç salan xocalılılar 500-600-dən çox kənd, sanatoriya, düşərgə və xüsusi evlərdə məskunlaşmışlar. Onlar yaxın zamanlarda Xocalıya qayıdacaqlar.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan