Geri qayıt Çap et

“Sağlam gənclik – güclü gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi

Biləsuvar rayonunda yeniyetmə və gənclər arasında narkomaniya, tütündən istifadə, alkoqol və psixotrop maddələrin mənfi təsirlərinə qarşı maarifləndirici tədbir təşkil olunub.

Bilesuvarinfo xəbər verir ki, tədbir Biləsuvar Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Gənclər və İdman sektoru, Şirvan-Salyan Regional İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektoru və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib. 


“Sağlam gənclik – güclü gələcək” şüarı altında keçirilən tədbirdə çıxış edənlər zərərli vərdişlərin gənclərin fiziki, psixoloji və intellektual inkişafına mənfi təsirindən bəhs ediblər. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, düzgün qidalanma, idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq cəmiyyətin gələcəyi üçün əsas prioritetlərdəndir.


Tədbir çərçivəsində gənclərə maarifləndirici məlumatlar verilib, suallar cavablandırılıb və sağlam həyat tərzinin təbliği istiqamətində tövsiyələr səsləndirilib.