Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Milli Mətbuat Günü münasibətilə görüş keçirilib


Milli Mətbuat Günü münasibətilə görüş keçirilib

22 iyul 2023, Şənbə
533
0
Şirvan -Salyan Regional Təhsil İdarəsi  22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri dəyirmi masa arxasında görüş keçirib.

"Bilesuvarinfo" xəbər verir ki,  görüşdə Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdir müavini  Rövşən Allahverdiyev  Maliyyə və İqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, idarənin  əməkdaşları və media nümayəndələri iştirak edib.

Görüşdə medianın təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığı, bu sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük əməyi olduğu vurğulanıb, onlara verdikləri dəstəyə görə təşəkkür ifadə edilib.

Sonda  Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdir müavini media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, bu görüşün  məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan