» » Biləsuvar rayonu üzrə təhsil sektoruna müdir təyin olunub - FOTO


Biləsuvar rayonu üzrə təhsil sektoruna müdir təyin olunub - FOTO


Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.

Əmrə əsasən Xammədov Anar Zakir oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbində keçirilən təqdimatda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Allahverdiyev, İnzibati təşkilat sektorunun müdiri Aqil Bəşirov, Maliyyə -iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, təhsil işçiləri,məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR