İyul ayının 2-də Biləsuvar rayonun Aşağı Cürəli kəndində Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub.
Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Qeyd edilib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də məhz Tovuz döyüşləridir. Bu döyüşlər də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub, düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Şəhid baş leytenant Rəşad Mahmudovun simasında Azərbaycanın ərazi bötüvlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan bütün qəhrəman oğullarımıza Allahdan rəhmət diləyirik!