Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid Pərvin Səlahəddin oğlu Əliyevin doğum günündə xatirəsi yad edildi


Şəhid Pərvin Səlahəddin oğlu Əliyevin doğum günündə xatirəsi yad edildi

15 mart 2024, Cümə
337
0
Mart ayının 15-də Biləsuvar rayonunun Nərimankənd  kəndində şəhid Əliyev Pərvin Səlahəddin oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev və şəhid valideyinləri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Əliyev Pərvin Səlahəddin oğlu 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 1987-1998-ci illərdə Nərimankənd kənd tam orta məktəbində təhsil almış və 1999-2000-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmətini davam etdirmişdir. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınmışdır. Şəhid Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Adı əbədiləşdirilərək Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan