» » » Şəhid Sehran Nizami oğlu Vəliyevin doğum günündə xatirəsi yad edildi


Şəhid Sehran Nizami oğlu Vəliyevin doğum günündə xatirəsi yad edildi

Fevral ayının 23-də Biləsuvar rayonunun Nəsimi kəndində şəhid Vəliyev Sehran Nizami oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri, ictimaiyyət nümayəndələri və Nəsimi kənd tam orta məktəbinin müəllim kollektivi  iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Vəliyev Sehran Nizami oğlu 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olmuşdur. 2000-2008-ci illərdə Rafiq Uzayev adına Nəsimi kənd tam orta məktəbində və 2008-2011-ci illərdə İbadulla Dəmirov adına Biləsuvar Peşə Liseyində təhsil almışdır. 2016-cı ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində gizir hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 3 oktyabr 2020-ci ildə Biləsuvar rayonunun Nəsimi kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Vəliyev Sehran Nizami oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Sehran Vəliyev ailəli idi, 3 övladı dövlətimizə və xalqımıza əmanətdir. Şəhidin adı Nəsimi kəndində küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR