Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi

15 fevral 2024, Cümə axşamı
399
0


Fevral ayının 15-də Biləsuvar rayonunun Əliabad kəndində şəhid Şahmarlı Elvin Malik oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Şahmarlı Elvin Malik oğlu 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə M.Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil almış və 2020-ci ildə müddətli həqiqi hərbi xidmət yolanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş və   oktyabr ayının 12-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 13 oktyabr 2020-ci ildə Əliabad kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Şahmarlı Elvin Malik oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Əliabad kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan