Noyabr ayının 7-də Biləsuvar rayonun Nərimankənd kəndində şəhid Əbilzadə Sübhan Arif oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əbilzadə Sübhan Arif oğlu 23 aprel 1998-ci ildə Biləsuvar rayonun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır. 2018-ci ilin noyabr ayından xidmətini Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 7-də Nərimankənd kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əbilzadə Sübhan Arif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!