Mübariz İbrahimov və Sübhan Əbilzadə anıldı

Bu gün Milli Qəhrəmanı Mübariz İbrahimovun və Vətən müharibəsi şəhidi Süphan Əbilzadənin anım günüdür.
"Bilesuvarinfo" xəbər verir ki, şəhidlərimizin anım günü ilə bağlı onların doğulub boya - başa çatdığı kəndlərdə mərasimlər keçirilib. Rayon rəsmiləri, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və içtimaiyyətinin çoxsaylı nümayəndələri şəhidlərimizin valideyinləri ilə görüşüb.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7 - də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005 - ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib. M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonu istiqamətində düşmən mövqeyində şəhid olan Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Bir gün sonra, noyabrın 7-də şəhid Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.















Müzakirə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.