Oktyabr ayının 30-da ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı Biləsuvar rayonun Xırmandalı kəndindən olan şəhid Teymurov Rəsul Yusif oğlu, Təzəkənd kəndindən olan şəhid Zeynallı Rəşid Mədət oğlu və Biləsuvar şəhərindən olan şəhid Məmmədov Azər Sulduz oğlunun 40 mərasimlərində xatirələri ehtiramla anılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq mühafizə orqanalrının rəhbərləri, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin ruhuna dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.
Mərasim iştirakçıları bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.