» » » Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib


Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib






Oktyabr  ayının 26-da Biləsuvar rayonun Çaylı kəndində Vətən müharibəsi şəhidi Babayev Elməddin Cəfərqulu oğlunun anadan olmasının 42-ci il dönümü münasibətilə ailəsi ziyarət olunub. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və partiya fəalları iştirak ediblər.

Tədbirdə qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Babayev Elməddin Cəfərqulu oğlu 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və sentyabr ayının 29-da Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Babayev Elməddin Cəfərqulu oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Elməddin Babayev ailəli olub. 2 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Çaylı kəndində küçələrdən birinə verilmişdir.

Allah rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR