Oktyabr ayının 22-də Biləsuvar rayonunun Günəşli kəndində şəhid Teymurzadə Nahid Üzeyir oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideynlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Teymurzadə Nahid Üzeyir oğlu 23 iyun 1997-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2003-2014 - cü illərdə İsmətli kənd tam orta məktəbində orta təhsil almışdır. 2015-2017 - ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü şəkildə qoşularaq, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Teymurzadə Nahid Üzeyir oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!