Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid Nahid Teymurzadənin xatirəsi anıldı - Fotolar


Şəhid Nahid Teymurzadənin xatirəsi anıldı - Fotolar

22 oktyabr 2022, Şənbə
824
0
Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Nahid Teymurzadənin  xatirəsi ehtiramla anılıb.

“Bilesuvarinfo” xəbər verir ki, şəhidimizin anım mərasimində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanlı, SHXDÇX-nin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları və ictimayət nümayəndələri iştirak edərək şəhidimizin əziz xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyub. Anım mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılarkən qeyd olumuşdur ki, xalqımızın fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaqdır. 

Qeyd edək ki, Teymurzadə Nahid Üzeyir oğlu  1997-ci ilin 23 iyununda Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır.  Həqiqi hərbi xidmətini 2017-ci ilin aprel ayına başa vurmuşdur.
N. Teymurzadə Vətən müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 23 yaşlı şəhidimiz 22 oktyabr 2020-ci il tarixində doğulduğu kəndin məzarıstanlığında dəfn olunmuşdur.

 Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Müzakirə edin

Həmçinin oxuyun:

Doğum günlərində şəhidlərimiz anıldı
07 sentyabr 2022, Çərşənbə
Doğum günlərində şəhidlərimiz anıldı
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan