» » Şəhid Ziyarət Hüseynov Amankənd kəndində torpağa tapşırıldı


Şəhid Ziyarət Hüseynov Amankənd kəndində torpağa tapşırıldı


Azərbaycan - Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində düşmənin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun kiçik giziri Hüseynov Ziyarət Mayıl oğlu bu gün dəfn olunub.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, şəhidimimiz, sakini olduğu Biləsuvar rayonunun Amankənd  kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Biləsuvar rayonun rəsmiləri, Milli Məclisin deputatı Bəhruz Məhərrərəmov və  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Şəhidlə vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  Ziyarət Hüseynovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi. Şəhidin atası Mayıl Hüseynov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutunun üzərinə  çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olundu.

Qeyd edək ki,  1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuş Hüseynov Ziyarət Mayıl oğlu 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başlayıb. 

Xüsusi təyinatlı qüvvələrində kiçik giziri Ziyarət Hüseynov aprel döyüşlərinin iştirakçısı olmuş və 44 günlük Vətən müharibəsində isə yaralanmışdır.Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirmişdir.
Ailəli olan şəhidimizin  bir övladı yadigar qaldı.

Allah bütün şəhidlərimizi rəhmət eləsin


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR