
"Bilesuvarinfo" xəbər verir ki, şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və ağsaqqal Gülmalı Güləliyev tərəfindən ziyarət olunub. Onlar 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə, şəhid anası - müəllim Rəfiqə Əliyevaya təbriklərini və xoş arzularını çatdırıb.

2014 - ci ilin avqustunda Ağdam - Ağdərə istiqamətində düşmən təxribatının qarşısını alarkən Rəfiqə müəllimin oğlu - Silahlı Qüvvələrimizin xüsusi təyinatlı hərbi qulluqçusu gizir Əliyev Pərvin Səlahəddin oğlu yanaşı olan bir neçə silahdaşı ilə düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olub.
Evli olan P. Əliyevinn oğlu da atasının yolunu seçib, hazırda xariçi dövlətlərin birində hərbi təhsil alır.

